ABŞ nəşri: "Leopard"ların çoxu Ukraynada işə yaramır"

   ABŞ nəşri:    "Leopard"ların çoxu Ukraynada işə yaramır"
  08 Yanvar 2024    Oxunub:934
Ukrayna Silahlı Qüvvələrinə verilən "Leopard 2" döyüş maşınlarının əksəriyyəti işə yaramır.
Bu fikirlər Amerikanın “Breitbart” nəşrində dərc olunan məqalədəndir.

"Leopard"ı kamikadze dronla belə vurdular - VİDEO
Müəllif iddia edir ki, bu tərifli tankların əksəriyyəti Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilib, “Leopard 2”lərin bir hissəsi isə Ukrayna əsgərləri tərəfindən yararsız hala salınıb. Tanklar sıradan çıxandan sonra onları təmir etməyə yönəlmiş cəhdlər isə uğursuz olub.

Qeyd edək ki, yanvarın 4-də Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə daha bir hərbi yardım paketi açıqlanmışdı. Yardımlar arasında Almaniyanın məşhur “Leopard” tankları və “Marder” zirehli maşınları üçün döyüş sursatları da olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Leopard   Tank  





Xəbər lenti