Qaspar Panadero "Qarabağ"dan ayrılıb

Qaspar Panadero "Qarabağ"dan ayrılıb
  08 Yanvar 2024    Oxunub:1404
“Qarabağ” klubu futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə ispaniyalı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

26 yaşlı oyunçu Ağdam təmsilçisində olduğu müddətdə ona etimad göstərən insanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, 2021-ci ildə “Qarabağ”la müqavilə bağlayan Qaspar Panadero icarə əsasında Kiprin AEK komandasında da çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti