Türkiyənin cənub-şərqində zəlzələ baş verib

   Türkiyənin cənub-şərqində zəlzələ baş verib
  07 Yanvar 2024    Oxunub:1082
Türkiyənin cənub-şərqində Kahramanmaraşda 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Agentliyin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:58-də Elbistan rayonunda baş verib.

Zəlzələnin ocağı 6,99 kilometr dərinlikdə yerləşib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti