Qırımızı dəniz krizi: Azərbaycanın qazancları nə olacaq?

      Qırımızı dəniz krizi:    Azərbaycanın qazancları nə olacaq?
  07 Yanvar 2024    Oxunub:1320
"Qırımızı dəniz krizi, Asiya və Avropa arasında dəniz daşımalarının müddətinə və xərcinə ciddi formada təsir göstərir, Azərbaycan logistikasının cəlbediciliyini artırır".
AzVision.az xəbər verir ki, bu fikirləri Bakı Limanının rəsmisi Elmar Həbibli səsləndirib. O bildirib ki, Yəməndən Ədən körfəzindən keçən ticarət gəmilərinə edilən hücumdan sonra ən böyük logistika şirkətləri (Maersk, Cosco və s) gəmilərini təhlükəsizlik səbəbi ilə Qırmızı dəniz və Suveyş kanalına deyil, Ümid burnundan (Cənubi Afrikanın yaxınlığından) keçməklə Avropaya çatdırmağı qərara alıb:

"Bu tranzit marşurutu isə daşımaların müddətini ən yaxşı halda 20 gün, daşıma xərcini isə ən az 70 % və daha çox artırır. Üstəlik, yeni yoldan istifadə gəmi və konteyner çatışamzlığı məsələsini də gündəmə gətirir ki, bu amil də qiymətin daha çox artacağından xəbər verir. Artıq bir sıra Avropa şirkətləri (İKEA, KONE və s) müştərilərinə məhsullarının gec çatdırılıcağı ilə bağlı xəbərdarlıq ediblər".

Elmar Həbibli qeyd edib ki, bu hadisələrin fonunda isə Azrəbaycandan keçməklə Avropa və Asiyanı birləşdirən Orta Dəhlizə maraq sürətlə artır:

"Dəniz daşımlarında qiymət və daşıma müddəti artdıqca, iki qitə arasında daşınan yükün daha böyük hissəsi Orta Dəhlizə yönəlir. Artıq Çindən çıxmaqla Qazaxıstan və Azərbaycandan keçərək Avropaya çatdırılacaq blok qatarların sayının artması qeydə alınır. Yaxın gələcəkdə yük həcminin daha çox artacağı gözlənilir".



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti