Mahir Emreli ciddi zədə aldı

Mahir Emreli ciddi zədə aldı
  07 Yanvar 2024    Oxunub:1626
Azərbaycan millisinin “Dinamo”da (Zaqreb, Xorvatiya) oynayan üzvü Mahir Emreli zədələnib.
AzVision.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində “Roqaşka”ya (Sloveniya) qarşı yoxlama oyununda (1:0) sıradan çıxıb. O, matçın 60-cı dəqiqəsində əvəzlənib.

Komandanın baş məşqçi Sergey Yakiroviç oyundan sonra açıqlamasında forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu və onun zədəsinin ciddi olduğunu bildirib. Emreli buna görə də uzun müddət komandadan kənarda qalacaq.

Mahirin son durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti