İraq neft məhsullarının idxalını dayandırmağı planlaşdırır

   İraq neft məhsullarının idxalını dayandırmağı planlaşdırır
  06 Yanvar 2024    Oxunub:1284
İraq 2024-cü ildə neft məhsullarının idxalını tamamilə dayandırmaq niyyətindədir.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.

“2024-cü ildə İraq daha çox yerli istehsala arxalanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayandırılacaq”, - o əlavə edib.

Qeyd edək ki, İraq daxili bazardakı kəsiri doldurmaq üçün neft məhsulları idxal edir.

AzVision.az


Teqlər:





Xəbər lenti