Hollivud aktyoru: "Cənnətdən salamlar!"

   Hollivud aktyoru:    "Cənnətdən salamlar!"
  06 Yanvar 2024    Oxunub:1178
Aktyor Kristian Oliver təyyarə qəzasında həlak olub.
AzVision.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, Hollivud aktyoru Kristian Oliver iki qızı ilə birlikdə Karib dənizi sahilində təyyarə qəzasında həlak olub. Qəzada sərnişinlərin hamısı, o cümlədən pilot Robert Saks da həyatını itirib.

Aktyorun 51, qızlarının 10 və 12 yaşı var idi.

Oliver qəzadan əvvəl "İnstaqram" hesabında yazıb:

“Cənnətdən salamlar! Cəmiyyət və sevgiyə doğru... 2024, biz gəlirik!”.

Qeyd edək ki, Kristian Oliver Almaniyada anadan olsa da, demək olar ki, bütün həyatını ABŞ-də keçirib, "Yaxşı alman", "Sürətli yarışçı" və "Valkiriya" filmlərindəki rolları ilə tanınır.


Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti