“Zirə” klubu braziliyalı futbolçunu transfer edib

“Zirə” klubu braziliyalı futbolçunu transfer edib
  06 Yanvar 2024    Oxunub:1268
27 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb.
Klubdan AzVision.az -a verilən məlumata görə, “qartallar” Rafael Utziqi heyətinə qatıb.

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziq son olaraq Cənubi Koreya “Sunqnam Asan”ında çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti