Aaron Olanare "Neftçi"dən ayrılıb

Aaron Olanare "Neftçi"dən ayrılıb
  06 Yanvar 2024    Oxunub:1353
"Neftçi" hücumçusu ilə yollarını ayırıb.
AzVision.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Neftçi" Olanareyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Aaron Olanare mövsümün ilk yarısını "Neftçi"də keçirib. 29 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti