Yaponiyada zəlzələdə ölənlərin sayı 110-a çatıb

Yaponiyada zəlzələdə ölənlərin sayı 110-a çatıb
  06 Yanvar 2024    Oxunub:925
Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb.

Bunu Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatları təsdiq edir.

Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.

Bundan əlavə, son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Ən böyük ziyan İşikava prefekturasına dəyib: orada 250-dən çox ev, yanğınlar isə 300-ə yaxın binanı məhv edib.

Təsirə məruz qalan bölgədə su, elektrik və yanacaq çatışmazlığı davam edir.


AzVision.az


Teqlər:





Xəbər lenti