İranda partlayışa görə 11 nəfər saxlanılıb

   İranda partlayışa görə 11 nəfər saxlanılıb
  05 Yanvar 2024    Oxunub:1423
İranda Kirmanda törədilən terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Kermanda partlayışları törədən iki kamikadzenin yaşadığı ev və orada partlayıcı qurğular, o cümlədən partlayıcı kəmərlər aşkar edilib.

İran Daxili İşlər Nazirliyi həmçinin 89 nəfərin terror aktının qurbanı olduğunu açıqlayıb. Ümumilikdə 284 nəfər yaralanıb.

Yanvarın 3-də İranın cənub-şərqindəki Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə əlaqədar dəfn mərasimi zamanı partlayışlar baş verib. Partlayışlar uzaqdan həyata keçirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti