Aleksey İsayev "Qarabağ"da

Aleksey İsayev "Qarabağ"da
  04 Yanvar 2024    Oxunub:1124
"Qarabağ” bu qış ilk transferini reallaşdırıb.
AzVision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”dan Aleksey İsayevi heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. Azərbaycan millisinin də üzvü olan İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.

AzVision.az





Teqlər:





Xəbər lenti