"Neftçi" təlim-məşq toplanışına start verdi

"Neftçi" təlim-məşq toplanışına start verdi
  04 Yanvar 2024    Oxunub:1265
"Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.
AzVision.az klubun mətbuat xidmətinə istinadən, “Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir.

Komandanın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində kollektivə qoşulacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti