Xamenei komandirləri ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb

   Xamenei komandirləri ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb
  04 Yanvar 2024    Oxunub:1583
İranın ali dini lideri Əli Xamenei Kirmandakı terror aktı fonunda komandirləri ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb və cavab tədbirlərinin yalnız İsrailə qarşı əməliyyatlar və Amerika bazalarına “vəkil qrupların” hücumları ilə məhdudlaşdırılmasını əmr edib.
AzVision.az xəbər verir ki, barədə "New York Times" məlumat yayıb.

Bundan əvvəl Xamenei İranın Kirman şəhərində terror aktının həm birbaşa günahkarlarına, həm də təşkilatçılarına sərt cavab və ədalətli cəza vəd etmişdi.

Bununla belə, mənbələr qəzetə bildiriblər ki, İranın ali lideri komandirləri “strateji səbirli” olmağa və nəyin bahasına olursa olsun Tehranı Vaşinqtonla birbaşa hərbi qarşıdurmaya cəlb etməməyə çağırıb.

Mənbələrin bildirdiyinə görə, Xamneyi İran və Livandakı hücumları İsrail kampaniyasının bir hissəsi hesab edir.

Qeyd edək ki, dünən İranın cənub-şərqindəki Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə əlaqədar dəfn mərasimi zamanı partlayışlar baş verib. KİV-in məlumatına görə, partlayışlar uzaqdan həyata keçirilib: Kerman şəhərindəki qəbiristanlığın girişinin yaxınlığında partlayıcı maddələr olan iki çanta yerləşdirilib. İranın səhiyyə və tibbi təhsil naziri Bəhram Eynullahi partlayışlar nəticəsində 95 nəfərin öldüyünü təsdiqləyib. Nazirin açıqlamasından əvvəl mətbuatda dərc olunan məlumatlara görə, ölənlərin sayı 103 nəfərə çatıb, daha 211 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti