Rusiyada sursatların zərərsizləşdirilməsi üçün 600 sakin təxliyə edilib

Rusiyada sursatların zərərsizləşdirilməsi üçün 600 sakin təxliyə edilib
  03 Yanvar 2024    Oxunub:1088
Rusiyanın Belqorod şəhərində aşkar edilmiş sursatdan 500 m radiusda yerləşən 323 fərdi evdən 600-ə yaxın insan təxliyə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.


"Hazırda Müdafiə Nazirliyinin ekspertləri onun zərərsizləşdirilməsi ilə bağlı qərar qəbul edirlər. Əməliyyat qərargahı 500 m radiusda 323 fərdi yaşayış evinin təxliyyə edilməsi barədə qərar qəbul edib. İlkin məlumatlara görə, bu, təxminən 600 nəfərdir", - o yazıb.

İnsanlara müvəqqəti yaşayış mərkəzlərində yerlər təklif olunub.

Ulitka mikrorayonunda daha iki döyüş sursatı tapılıb. Hadisə yeri mühasirəyə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti