Teplovoz piyadanı vuraraq öldürüb

Teplovoz piyadanı vuraraq öldürüb
  02 Yanvar 2024    Oxunub:1426
Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

“Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, – qurum bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti