Alleqri qeyri-adi rekorda imza atdı

Alleqri qeyri-adi rekorda imza atdı
  02 Yanvar 2024    Oxunub:1201
İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri qeyri-adi rekorda imza atıb.
Təcrübəli mütəxəssis komandasının A Seriyasının XVIII turunda “Roma”nı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə buna nail olub.

Belə ki, Alleqri baş məşqçi kimi çalışdırdığı komandanın 76-cı dəfə İtaliya çempionatında 1:0 hesablı qalibiyyətinə sevinib. O, daha əvvəl “Kalyari” (2008-2010) və “Milan”da (2010-2014) fəaliyyət göstərib.

Qeyd edək ki, “Yuventus” ardıcıl 13 oyundur uduzmur. Turin təmsilçisi hazırda 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.
AzVision.az



Teqlər:





Xəbər lenti