Rusiyalı milyarderlərin sərvəti ötən il 50 milyard dolları artıb

Rusiyalı milyarderlərin sərvəti ötən il    50 milyard dolları artıb
  02 Yanvar 2024    Oxunub:1168
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard ABŞ dolları artıb.
AzVision.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi” göstərir.

Hesabata əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard ABŞ dolları qazanıb və onun sərvəti 24,7 milyard ABŞ dollarına yüksəlib. “Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,67 milyard ABŞ dolları artaraq 17,2 milyard ABŞ dollarına yüksəlib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvəti isə 23,9 milyard ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, “Akron”un əsas səhmdarı Vyaçeslav Kantor ən çox itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard ABŞ dolları azalaraq 6,21 milyard ABŞ dolları təşkil edib.
AzVision.az



Teqlər: Milyarder  





Xəbər lenti