Bakıda bayram günü bıçaqlanma olub, yeniyetmə tutulub

Bakıda bayram günü bıçaqlanma olub,    yeniyetmə tutulub
  02 Yanvar 2024    Oxunub:1020
Bakıda bayram axşamı cinayət törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, dekabrın 31-də, axşam saatlarında “Qobu Park” yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
AzVision.az



Teqlər: Bakı   Bıçaqlanma  





Xəbər lenti