Boğazından bıçaqlanan məşhur siyasətçinin son durumu açıqlandı

Boğazından bıçaqlanan məşhur siyasətçinin son durumu açıqlandı
  02 Yanvar 2024    Oxunub:909
Cənubi Koreyada hücuma məruz qalan müxalifət lideri Li Çje Myona təcili tibbi yardım göstərilib, hazırda siyasətçinin həyatı üçün təhlükə yoxdur.
Bu barədə “Toburo” Demokratik Partiyasının sözçüsü bildirib.

Onun sözlərinə görə, Myonun boyun damarı zədələnib, bu da qanaxma və ya ağır qan itkisi ehtimalını artırır.

Koreya müxalifətinin lideri bıçaqlanıb
Siyasətçinin paytaxt xəstəxanasında əməliyyat olunacağı gözlənilir.

Qeyd olunur ki, müxalifət liderinə hücum edən şəxs ona avtoqraf almaq məqsədilə yaxınlaşıb və əlindəki əşya ilə onu boğaz nahiyəsindən yaralayıb. Hadisəni törədən şəxs danışmaqdan və hadisənin motivlərini açıqlamaqdan imtina edib.
AzVision.az



Teqlər:   Koreya  





Xəbər lenti