Gəncə sakini 2 kilo heroin, 535 qram tiryəklə yaxalandı

Gəncə sakini 2 kilo heroin, 535 qram tiryəklə yaxalandı
  02 Yanvar 2024    Oxunub:884
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti