6 otaqlı ev yanaraq kül olub

6 otaqlı ev yanaraq kül olub
  02 Yanvar 2024    Oxunub:971
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzVision.az



Teqlər:





Xəbər lenti