Sabunçuda tapança ilə gəzən şəxs saxlanıldı

Sabunçuda tapança ilə gəzən şəxs saxlanıldı
  01 Yanvar 2024    Oxunub:997
Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 48 yaşlı, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Baxış zamanı onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti