Braziliya OPEC+ üzvü olur

Braziliya OPEC+ üzvü olur
  01 Yanvar 2024    Oxunub:1007
Braziliya 2024-cü ilin yanvarından OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulacaq.

Qeyd olunur ki, qərar hələ alyansın 2023-cü il noyabrın 30-da keçirilən iclasından sonra verilib.

Maraqlıdır ki, daha əvvəl Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirmişdi ki, ölkə OPEC+da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır və heç vaxt alyansa tamhüquqlu üzv kimi qoşulmayacaq.

OPEC+ isə hələlik Braziliyanın alyansın Əməkdaşlıq Xartiyasında iştirak edəcəyi şərtlərlə bağlı təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, hazırda alyansa 23 ölkə, o cümlədən ən böyük istehsalçılar - Rusiya və Səudiyyə Ərəbistanı daxildir.

OPEC-in məlumatlarına görə, Braziliya 2022-ci ildə gündəlik 3,022 milyon barel hasilatı ilə dünyanın yeddinci ən böyük neft istehsalçısı olub.

AzVision.az



Teqlər:





Xəbər lenti