Avropada qazın qiyməti 2023-cü ildə üç dəfə ucuzlaşıb

   Avropada qazın qiyməti 2023-cü ildə üç dəfə ucuzlaşıb
  30 Dekabr 2023    Oxunub:1315
London ICE fyuçers birjasının məlumatlarına görə, Avropada qazın orta qiyməti 2023-cü ilin sonunda üç dəfə azalaraq 1 min kubmetr üçün təxminən 464 dollar təşkil edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, azalmanın əsas amilləri havaların isti keçməsi, rekord yüksək qaz saxlama qabiliyyəti və Avropa İttifaqında qaza tələbatın azalması olub.

Ümumilikdə, 2023-cü ilin sonunda Avropada qazın qiymətinin aşağı düşməsi təxminən 67% təşkil edib. Bu il birja ticarətində qazın orta qiyməti 1 min kubmetr üçün bir il əvvəlki 1,4 min dollarla müqayisədə hazırda 464 dollara yaxındır.

AzVision.az




Teqlər:





Xəbər lenti