“L'Oreal”ın varisi 100 milyard dollardan çox sərvətə malik ilk qadın olub

   “L
  30 Dekabr 2023    Oxunub:1204
Fransanın "L'Oreal" kosmetika şirkətinin qurucusunun nəvəsi Fransua Bettenkur-Mayers sərvəti 100 milyard dolları ötmüş ilk qadın olub.
AzVision.az “Bloomberg Billionaires Index”ə istinadla xəbər verir ki, cümə axşamı “L'Oreal”ın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb və ilin əvvəlindən kapitallaşma 1/3 artıb.

Bununla da şirkətin təxminən 35 faizinə sahib olan Bettenkourt-Mayers hazırda dünyanın 12-ci ən varlı adamı olub.

Xanım Bettenkourt-Mayers Fransanın ən varlı adamları arasında LVMH-nin qurucusu Bernard Arnaultdan (179 milyard dollar) sonra ikinci yerdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti