Dünyada ən çox avtomobil satan ölkə

   Dünyada ən çox avtomobil satan ölkə
  29 Dekabr 2023    Oxunub:1471
Çin, Rusiya və Meksika bazarlarına tədarükün artması sayəsində 2023-cü ildə ilk dəfə olaraq dünyanın ən böyük avtomobil ixracatçısı olacaq.
Bu barədə Nikkei qəzeti məlumat yayıb. Belə ki, yanvar-noyabr aylarında Çin avtomobil ixracı 58,4% artaraq 4,41 milyon ədəd təşkil edib. Çinin mövqeyini gücləndirən əsas amillərdən biri Rusiya bazarında satışların artması olub.

2023-cü ilin ilk 11 ayında Çin Rusiyaya 730 min avtomobil tədarük edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə çoxdur. Meksika ixracda ikinci yeri tutur. İl ərzində bu ölkəyə Çin avtomobillərinin tədarükü 71% artaraq 330 min ədədə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti