Taliban Qazaxıstanda artıq qadağan deyil

   Taliban Qazaxıstanda artıq qadağan deyil
  29 Dekabr 2023    Oxunub:1147
Qazaxıstan Talibanı ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov bildirib ki, Qazaxıstan Respublikasında qadağan edilmiş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün mütəmadi olaraq audit aparılır.

“Bu prosesin bir hissəsi olaraq BMT praktikasına uyğun olaraq Talibanın o siyahıdan xaric edilməsi barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, Taliban hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”, -Smadiyarov deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti