BMT: "Əhalinin 40 faizi aclıqla mübarizə aparır"

      BMT:    "Əhalinin 40 faizi aclıqla mübarizə aparır"
  28 Dekabr 2023    Oxunub:966
İsrailin hücumları altında olan Qəzza zolağında əhalinin yüzdə 40-ı aclıq təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza direktoru Tomas Uayt X sosial media platformasında paylaşım edib.

"Qəzzada hər gün yemək və su tapmaq üçün həyatda qalmaq mübarizəsi aparılır. Qəzza zolağında əhalinin 40 faizi hazırda aclıq təhlükəsi ilə üz-üzədir. Həqiqət budur ki, Qəzza xalqı üçün daha çox yardıma ehtiyacımız var və yeganə ümid humanitar atəşkəsədir".

AzVision.az


Teqlər:





Xəbər lenti