Latviya 1,2 mindən çox rusiyalını ölkədən çıxarır

   Latviya 1,2 mindən çox rusiyalını ölkədən çıxarır
  28 Dekabr 2023    Oxunub:815
Latviya hüquqi statusunu tənzimləmədiyi iddia edilən 1,2 mindən çox Rusiya vətəndaşını ölkədən zorla çıxaracaq.
AzVision.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın milli dövlət televiziya və radiosunun lsm.lv portalı məlumat yayıb.

"Noyabrın 30-da ayrılmış müddət başa çatana qədər 1213 nəfər Latviyada yaşamaq icazəsi almaq üçün sənəd təqdim etməyib. Onlar Latviya ərazisini tərk etməlidirlər", - məlumatda deyilir.

Bildirilib ki, Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsində artıq bu kateqoriyadan olan 904 nəfərin Latviya sərhədini keçdiyi, yəni ölkəni tərk etdiyi barədə məlumat var.

AzVision.az


Teqlər:





Xəbər lenti