Blinken gələn ilin əvvəli Yaxın Şərqə gedə bilər

   Blinken gələn ilin əvvəli Yaxın Şərqə gedə bilər
  28 Dekabr 2023    Oxunub:891
ABŞ dövlət katibi Antoni Blinkenin Qəzza zolağındakı vəziyyətlə bağlı atılacaq addımları müzakirə etmək üçün gələn həftə İsrailə və bir sıra digər Yaxın Şərq ölkələrinə səfər edəcəyi gözlənilir.
Bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb. Gözlənilən səfərin təfərrüatları açıqlanmır. Eyni zamanda, CNN xatırladır ki, İsrail ordusunun Qəzza zolağında əməliyyatlarının intensivliyinin azaldılması və HƏMAS-a qarşı əməliyyatın digər mərhələsi Vaşinqtonda danışıqların diqqət mərkəzində olub.

Vəziyyəti Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti