Nazir: "Braziliya Putini həbs etməyə borclu deyil"

      Nazir:    "Braziliya Putini həbs etməyə borclu deyil"
  28 Dekabr 2023    Oxunub:781
"Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib ki, ölkə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin gələn ilin noyabrında Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirakını alqışlayacaq".
O, bu barədə BBC News Brasil-ə müsahibəsində bildirib. Rusiya prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinin orderinə görə həbs olunma ehtimalı ilə bağlı suala cavabında nazir deyib:

"Braziliya bunun baş verməsi üçün heç bir təşəbbüs göstərməyəcək. Əgər o, gəlmək istəsə, onu Braziliyada görməkdən çox məmnun olarıq. Çünki, ölkəmiz Vladimir Putinin həbs orderini icra etməyə borclu deyil".

Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilərək həbsinə order verib.

AzVision.az



Teqlər:





Xəbər lenti