"Milli daşıyıcıların beynəlxalq bazarda payı 9 faiz artıb" - ABADA

   "Milli daşıyıcıların beynəlxalq bazarda payı 9 faiz artıb" -    ABADA
  28 Dekabr 2023    Oxunub:895
"2023-cü ilin müvafiq dövründə beynəlxalq daşımalarda daşıyıcılar və nəqliyyat vasitələrinin sayının bazar payı artıb".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov deyib. Onun sözlərinə görə, bazarın genişlənməsi nəticəsində beynəlxalq avtomobil daşımaların sayı ötən illə müqayisədə 2023-cü ildə 13,9 faiz artıb. "Daşımalarda iştirak edən avtomobillərin sayı 11960 olub. 2021-ci ildə isə bu rəqəm 2400 idi".

K.Qurbanov qeyd edib ki, milli daşıyıcıların beynəlxalq bazarda payı 9 faiz artıb.

"Üçüncü ölkə üzrə daşımalarda 2023-cü ilin 9 ayında 2 dəfə artım müşahidə olunub. Bu da ciddi artımdır. 2023-cü ilin 6 ayında üçüncü ölkələrə daşımaların sayı 25318 ədəd olub.Avtomobil nəqliyyatı ilə tranzit daşımalarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 85,81 faiz artaraq 113675 ədədə çatıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti