Fatih Terim yeni komandasında ilk məşqə çıxdı - Fotolar

   Fatih Terim yeni komandasında ilk məşqə çıxdı -    Fotolar
  28 Dekabr 2023    Oxunub:851
Türkiyəli mütəxəssis Fatih Terim yeni komandası “Panatinaikos”da ilk məşqə çıxıb. AzVision.az xəbər verir ki, bu haqda məlumatı Afina təmsilçisinin saytı yayıb.
Klubun direktoru Yiannis Papadimitriou Terimi futbolçulara təqdim edib. 70 yaşlı mütəxəssis onların qarşısında 10 dəqiqəyə yaxın çıxış edib.

Hazırlıq isinmə hərəkətləri, topla məşqi və qısa meydanda oyunu əhatə edib.

Qeyd edək ki, hazırda “Panatinaikos” 15 oyundan 34 xalla Yunanıstan superliqasında 2-ci yeri tutur. Komanda lider PAOK-dan cəmi 1 xal geri qalır.





AzVision.az


Teqlər:





Xəbər lenti