Şumaxerin səhhəti əvvəlki kimi olmayacaq

Şumaxerin səhhəti əvvəlki kimi olmayacaq
  28 Dekabr 2023    Oxunub:1030
Formula 1 maşınları təsnifatında avtomobil yarışları üzrə dünya çempionatı pilotu Mixael Şumaxerin sağlamlıq vəziyyətini aldığı zədələrdən sonra bir qədər yaxşılaşdırmaq mümkün olub, lakin onun səhhəti əvvəlki kimi olmayacaq.
Bu barədə onun qardaşı Ralf “Bild” qəzetinə müsahibəsində bildirib. “Ovaxtkı Mixael üçün darıxıram”, - deyən idmançının qardaşı onun sağlamlıq vəziyyəti barədə bunları əlavə edib: “Onun şansı həyatda tez-tez gətirirdi, amma sonra bu faciəli hadisə baş verdi. Xoşbəxtlikdən, müasir tibbin imkanları sayəsində Mixaelin vəziyyətini yaxşılaşdırmaq üçün hər şey edilsə də, lakin o artıq əvvəlki kimi olmayacaq”.

2013-cü ildə, peşəkar karyerasını başa vurduqdan sonra, Şumaxer Fransanın Alp dağları hissəsində xizək sürən zaman ağır travmalı beyin zədəsi alıb. Uzun müddət yataq xəstəsi olan idmançı ağciyərlərinin süni ventilyasiyası aparatına qoşulub. Keçmiş avtopilotun ailəsi onun indiki sağlamlıq vəziyyəti barədə təfərrüatları məxfi saxlayaraq, açıqlama verməməyə çalışıb.

Mixael Şumaxer Formula 1-in yeddi qat dünya çempionu, tarixdə bu çempionatın ən yaxşı yarışçılarından biri hesab olunur (1991-2012). O, sürətli dövrələrin sayına görə (77), eləcə də ardıcıl çempionluq titullarına görə (5) Formula 1 üzrə dünya çempionatının çoxsaylı rekordlarının sahibidir. Qələbələrin (91), podiumların (155) və qütb mövqelərinin sayına (68) görə ikinci yeri tutur və bu göstəricilər üzrə yalnız ingilis avtoyarışçısı Luis Hamiltondan geri qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti