Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib

Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib
  27 Dekabr 2023    Oxunub:984
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç iki dövlət arasında çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.
AzVision.az -ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Görüşdə çoxtərəfli və regional iqtisadi platformalarda Rusiya-Türkiyə qarşılıqlı fəaliyyətinin hazırkı vəziyyəti və perspektivləri, dünya iqtisadiyyatının və ticarətinin vəziyyəti, Avrasiyada inteqrasiya proseslərinin inkişafı müzakirə edilib.

Xatırladaq ki, Tanju Bilgiç bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə iki ölkə arasında çoxtərəfli mexanizmlər çərçivəsində qarşılıqlı fəaliyyətin praktiki aspektlərini müzakirə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti