"İlham Əliyevlə Paşinyan Sankt-Peterburqda danışıqlar aparmayıb" - Peskov

   "İlham Əliyevlə Paşinyan Sankt-Peterburqda danışıqlar aparmayıb" -    Peskov
  27 Dekabr 2023    Oxunub:908
Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması üçün siyasi iradə görür və bu addımı dəstəkləyir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin bağlanması həm iki ölkə, həm də bütün regionda sülhün sabitliyi üçün faydalı olacaq”.

Peskov Ermənistan və Azərbaycan liderlərinin Sankt-Peterburqda danışıqlar aparmadığını da vurğulayıb.

"Amma bu cür tədbirlər və qeyri-rəsmi MDB sammiti, digər şeylərlə yanaşı, yerlərdə qısa təmaslar üçün həmişə yaxşı fürsətdir. Bu dəfə də belə oldu", - Peskov bildirib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyev MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində sülh gündəliyinə dair məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti