Faiq Qarayevə vəzifə verildi

   Faiq Qarayevə vəzifə verildi
  27 Dekabr 2023    Oxunub:883
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, milli komanda yenidən Faiq Qarayevə tapşırılıb. O, daha əvvəl müxtəlif vaxtlarda da yığmaya rəhbərlik edib.

Qeyd edək ki, yığmada sonuncu dəfə bu vəzifəni türkiyəli Ataman Güneyligil icra edib. Avropa çempionatında uğursuz çıxış səbəbindən onunla sözləşmənin müddəti artırılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti