Abdullahyan Ermənistana gedəcək

   Abdullahyan Ermənistana gedəcək
  26 Dekabr 2023    Oxunub:1399
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistana səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X sosial şəbəkəsində məlumat verib.
İranlı nazirin səfərinin dekabrın 27-də baş tutacağı qeyd olunur. Səfər çərçivəsində onun erməni həmkarı Ararat Mirzoyanla görüşü nəzərdə tutulub. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

Çərşənbə axşamı İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti