Fatih Terim Yunanıstan klubu ilə anlaşdı

   Fatih Terim Yunanıstan klubu ilə anlaşdı
  26 Dekabr 2023    Oxunub:1135
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanın “Panatinaikos” komandası ilə anlaşıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.

70 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə imzalamaq üçün dekabrın 27-də Afinaya yollanacaq.

Qeyd edək ki, Fatih Terim son olaraq "Qalatasaray"a başçılıq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti