Stadionda işıq dirəyinin aşma səbəbi araşdırılır

   Stadionda işıq dirəyinin aşma səbəbi araşdırılır
  26 Dekabr 2023    Oxunub:950
Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu zamanı aşan Tovuz şəhər stadionunun işıq dirəyi ilə bağlı mütəxəssislər dəyərləndirmə aparırlar.
Klubun mətbuat xidməti bildirib ki, rəhbərlik işıq dirəyinin dəyişdirilməsi prosesinə başlamaq üçün yekun rəyi gözləyir: “Hazırda mütəxəssislər dəyərləndirmə aparırlar. Onların verəcəkləri məlumata əsasən klub rəhbərliyi yekun qərar verəcək”.

Qeyd edək ki, dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının 81-ci dəqiqəsində işıq dirəyi aşdığı üçün oyunun son dəqiqələri ertəsi gün təşkil edilib. Tovuzlular matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti