Sabiq nazir vəfat etdi

   Sabiq nazir vəfat etdi
  26 Dekabr 2023    Oxunub:813
Türkiyənin sabiq əmək və sosial müdafiə naziri Yaşar Okuyan dünyasını dəyişib.
AzVision.az TRT Haber-ə istinadən xəbər verir ki, sabiq nazir ötən həftə daxili qanaxma keçirdikdən sonra Başkent Universiteti Xəstəxanasında müalicə olunurdu. O, ötən gecə 74 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Yaşar Okuyan 1949-cu ildə Yalovada anadan olub. Üç uşaq atası idi. O, 1999-2002-ci illərdə Əmək və Sosial Müdafiə naziri vəzifəsində çalışıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti