İsrail ordusu Qəzzada 4 saatlıq hümaniar fasilə elan edib

   İsrail ordusu Qəzzada 4 saatlıq hümaniar fasilə elan edib
  25 Dekabr 2023    Oxunub:741
İsrail ordusu Qəzza zolağının mərkəzində yerli əhaliyə kömək etmək məqsədilə döyüşlərdə yeni dörd saatlıq humanitar fasilə elan edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.

"İsrail ordusu humanitar səbəblərdən mülki əhalinin ərzaq və su ehtiyatlarını artırmasına imkan vermək üçün taktiki fasilələr həyata keçirir. Bu gün, dekabrın 25-də Deyr əl-Bələhdəki Əl-Şeyx Məhəmməd əl-Yəmani ərazisində saat 10:00-dan 14:00-a qədər fasilə verilir", X sosial şəbəkəsində (keçmiş Twitter) COGAT səhifəsində yerləşdirilən mesajda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti