"Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır"

   "Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır"
  25 Dekabr 2023    Oxunub:891
"Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır". AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədə vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır”,- o deyib.

Zaxarova vurğulayıb ki, vəziyyətə yeganə mümkün reaksiya konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən serb xalqının seçiminə hörmət etməkdir.

Qeyd edək ki, dekabrın 17-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqrad administrasiyası binasının qarşısındakı pilləkənləri zəbt edərək, ona bitişik küçəni bağlayıblar.

Etirazçılar şüşələri sındıraraq binanın qapı və pəncərələrinə səki daşları atıb, içəri keçməyə cəhd ediblər, polis gözyaşardıcı qazdan istifadə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti