"Tesla qatili": Rusiyanın ilk elektrik avtomobili gülüş obyektinə çevrildi

      "Tesla qatili":    Rusiyanın ilk elektrik avtomobili gülüş obyektinə çevrildi
  25 Dekabr 2023    Oxunub:1451
Rusiyanın “Amber” adlı ilk elektrik avtomobili sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
AzVision.az xəbər verir ki, tamamilə Rusiyada dizayn və istehsal edilən və "Tesla qatili" ləqəbli avtomobil ördək balasına bənzəyən dizaynı ilə sosial mediada müzakirə mövzusu olub.

Avtomobil Moskva Universitetinin tələbələri və alimləri tərəfindən hazırlanıb. Sosial media istifadəçiləri yeni avtomobilin "Fiat"ın 1990-cı illərdə istehsal etdiyi "Multipla" model avtomobili qədər çirkin olduğu qənaətindədir. Lakin "Fiat Multipla" daha sonra dünyanın ən yaxşı ailə avtomobili mükafatını da qazanıb.

"Amber" adlı elektromobillər Qərbin sanksiyalarından əvvəl Kia, BMW və Ford kimi xarici avtomobillərin yığıldığı Kalininqrad vilayətindəki "Avtator" zavodunda istehsal olunacaq.

Qeyd edək ki, "Avtator" 2008-ci ilə qədər dünyanın ən böyük avtomobil istehsalçıları və montajçılarından biri olub. Bir çox brendin idarə etdiyi şirkət Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bağlanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti