Ronaldo “Arsenal”a keçmək təklifinə gülüb

Ronaldo “Arsenal”a keçmək təklifinə gülüb
  25 Dekabr 2023    Oxunub:839
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldu boks promouteri Frank Uorrenin Londonun “Arsenal” klubuna keçmək təklifinə gülüb.
Bu barədə “Çempionat” məlumat yayıb. Uorren və Ronaldo Ər-Riyadda keçirilən boks turnirində tanış olublar. Frankın - “O, Arsenal ilə müqavilə imzalayır” sözünə portuqaliyalı forvard gülərək reaksiya verib.

2 yanvar 2023-cü ildə Ronaldu ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub. Oyunçu və ailəsi üçün əlavə bonuslar da təqdim edilib. Bu mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti