ATƏT-in büdcəsindən Ukrayna ilə bağlı istinadlar çıxarılıb

   ATƏT-in büdcəsindən Ukrayna ilə bağlı istinadlar çıxarılıb
  25 Dekabr 2023    Oxunub:1030
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbərliyi 2024-cü il büdcəsinin mətnindən Ukraynadakı münaqişə ilə bağlı istinadların çıxarılmasına razılıq verib.
Bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç “İzvestiya” qəzetinə müsahibəsində danışıb. O əlavə edib ki, Qərb ölkələri və ATƏT rəhbərliyi 2024-cü il büdcəsinin mətnindən Ukraynadakı münaqişə ilə bağlı istinadların çıxarılması barədə razılığa gəliblər. İndi yalnız maliyyələşdirmə səviyyəsini razılaşdırmaq qalır.

ATƏT təhlükəsizlik məsələləri ilə məşğul olan beynəlxalq təşkilatdır. ATƏT-in büdcəsi təkcə maliyyə və kadr tələblərindən ibarət deyil, həm də məqsəd və nailiyyət göstəricilərini göstərən proqramların təsviri hissəsindən ibarətdir.

AzVision.az


Teqlər:





Xəbər lenti