Bu telefonlar hakerlərin daha çox hücumuna məruz qalır

Bu telefonlar hakerlərin daha çox hücumuna məruz qalır
  25 Dekabr 2023    Oxunub:903
Android əməliyyat sisteminin köhnə versiyaları ilə işləyən qurğular bütün dünyada geniş yayılmasına görə hakerləri digər qadcetlərlə müqayisədə daha çox maraqlandırır.
Bu barədə Kaspersky Lab-ın Rusiya tədqiqat mərkəzinin rəhbəri Dmitri Qalov məlumat verib. O qeyd edib ki, 2009-cu ildən 2023-cü ilə qədər istifadəçi statistikası göstərir ki, Android 2012-ci ildə populyarlıq baxımından iOS-u ötüb və 2018-ci ildə maksimum istifadəçi bazasına çatıb və bu günə kimi liderliyini qoruyub saxlayır.

Bu, Android əməliyyat sistemini hakerlər üçün daha cəlbedici edir. Qalov izah edib ki, bazarda “Android”in köhnəlmiş versiyaları ilə buraxılan büdcə cihazlarına tələbatın az olması onların texniki təchizatının aşağı olması ilə bağlıdır. Nəticədə, dünyada çoxlu sayda insan var ki, bu cür köhnəlmiş OS versiyaları olan cihazlardan istifadə edir və bu, ən son təhlükəsizlik yeniləmələrinin olmaması səbəbindən onları həssas edir.


AzVision.az


Teqlər:





Xəbər lenti