Pentaqonun keçmiş müşaviri NATO-nun parçalandığını açıqladı

Pentaqonun keçmiş müşaviri NATO-nun parçalandığını açıqladı
  25 Dekabr 2023    Oxunub:1110
ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Ças Friman bildirib ki, Qərbin Ukrayna münaqişəsindəki uğursuzluqları Şimali Atlantika Müqaviləsi Təşkilatının parçalanmasına səbəb olub.
Friman qeyd edib ki, NATO birliyi artıq mövcud deyil. O vurğulayıb ki, hazırda bloka daxil olan bir sıra ölkələr Ukrayna böhranını davam etdirməkdən imtina edirlər.

"NATO-nun "ən yaxşı silahı"nın Rusiya qoşunları tərəfindən məhv edilməsi alyansın hərbi imkanlarını nüfuzdan salıb. Qərb Rusiyanı beynəlxalq arenada da təcrid etmək iqtidarında deyil. Əksər ölkələr ABŞ və onun tərəfdaşlarının Rusiya Federasiyası ilə qarşıdurma aparmaq planlarını bölüşmür. Qərbin sanksiyaları nəinki zəifləmədi, həm də Rusiya iqtisadiyyatını gücləndirdi".

AzVision.az


Teqlər:





Xəbər lenti