İstanbul derbisində bərabərlik

   İstanbul derbisində bərabərlik
  24 Dekabr 2023    Oxunub:1058
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib. AzVision.az xəbər verir ki, 17-ci turda "Fənərbaxça" evdə "Qalatasaray"ı qəbul edib. Əzəli rəqiblərin oyunu qolsuz bərabərliklə başa çatıb.
Bu komadalar arasında iyunun 4-də oynanılan son görüşdə "Qalatasaray" "Fənərbaxça"ya 3:0 hesabı ilə qalib gəlmişdi.

"Fənərbaxça" özünün Superliqadakı son oyununda - 16-cı turda "Kayserispor"u üstələyib - 4:3. "Qalatasaray" isə "Fatih Karagümrük"ə qalib gəlib - 1:0.

Bu nəticədən sonra turnir cədvəlində "Fənərbaxça" 44 xalla liderdir, eyni xalı olan "Qalatasaray" isə 2-ci pillədədir.

Türkiyə Superliqası, 17-ci tur

20:00. "Fənərbaxça" - "Qalatasaray" - 0:0

Baş hakim: Arda Kardeşler

"Ülker" stadionu.
AzVision.az


Teqlər:





Xəbər lenti